Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    

Cənubi Qafqazda
Keyfiyyət İnfrastrukturunun möhkəmləndirilməsi

Image

Əziz oxucular,

Yanvarda PTB-nin Cənubi Qafqaz ölkələri ilə Keyfiyyət İnfrastrukturunun möhkəmləndirilməsi üzrə regional əməkdaşlığının üçüncü mərhələsi başlayıb. PTB Keyfiyyət İnfrastrukturuna və milli Keyfiyyət İnfrastrukturuna aidiyyəti olan digər müəssisələrə görə məsul olan Ermənistan, Azərbaycan və Gürcüstanın metroloji institutları, siyasi orqanları ilə növbəti üç il ərzində əməkdaşlıq etməyə davam edəcək. İlk bülleten sizə layihəyə qısa bir giriş verir, üçüncü mərhələnin ilk tədbirləri barədə məlumatlandırır və qarşıdakı aylar üzrə proqnoz verir.

Layihə haqqında

Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Məsələləri üzrə Federal Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən PTB Cənubi Qafqaz layihəsi əsas diqqətini 2014-cü ildə regional əməkdaşlığın başlandığı tarixdən regionun güclü ərzaq sektoruna yönəltmişdir.

Bu səbəbdən, təəccüblü deyil ki, hazırkı mərhələdə qida və şərabçılıq sektoruna aid olan kalibrləmə və metroloji xidmətləri daha da təkmilləşdirmək hədəfə alınır.  Regionda sənaye və ticarət üzrə maraqlı tərəflərə göstərdikləri xidmətləri genişləndirmək məqdəsi ilə NIM (Ermənistan), AzMi (Azərbaycan) və GeoSTM (Gürcüstan) kimi metrologiya institutlarda prioritet laboratoriyalara maddi köməklik göstərilir. Səmərəli metroloji xidmət region müəssisələrinə öz məhsullarını regional və beynəlxalq bazarlara ixrac etməyə imkan yaradan mühüm addımdır. Kütlə, həcm, temperatur, rütubət və kimyəvi metrologiya sahəsi üzrə prioritet laboratoriyalar mövcuddur.

Metrologiya institutları ilə yanaşı, PTB regionda məhsulun keyfiyyətinin yaxşılaşdırılması üçün digər müvafiq maraqlı tərəflərdən dəstək istəyir. PTB Keyfiyyət İnfrastrukturundan məsul olan müvafiq nazirliklər və ya agentliklərlə konsultasiyalar aparır. Həmçinin, PTB kiçik və orta müəssisələrə ixrac etmək məqsədi ilə daha yaxşı xidmət göstərməsi üçün biznesə dəstək verən təşkilatlara maddi yardım göstərəcək. Burada şərab sektoruna maddi yardım göstərən palatalara və assosiasiyalara böyük diqqət yetirilir.

Layihə öz yanaşmasına görə, PTB "Şərq Tərəfdaşlığı (Eastern Partnership)"  layihəsi, özəl sektorun inkişafı və peşə hazırlığı üzrə GİZ layihəsi kimi digər layihələri, eləcə də Aİ-nin üç ölkədə İkitərəfli və  Dünya Bankının layihələri üzərində əlavə olaraq işləyir.

2019-cu il yanvar ayından fevrala ayına kimi göstəriləcək fəaliyyətlər

Səriştə Sınağı üzrə təlim (SO/IEC 17043)

11-14 mart tarixlərində layihənin əsas mütəxəssisi Dr. İren Fluda GeoSTM-də ISO/IEC 17043 beynəlxalq standartlarının tələblərinə dair təlim keçirmişdir.

12 iştirakçı səriştə sınağı (SS) üzrə ümumi tələbləri izah edən standart haqqında öyrənib. SS ərzində laboratoriyaları öz fəaliyyətlərini digər laboratoriyalar ilə müqayisə edir. Beləliklə, SS-lər beynəlxalq arenada tanınmaq üçün keyfiyyət təminatının vacib elementidir.

Ermənistana konsultasiya məqsədli səfərlər

2018-ci ildə Ermənistandakı "Məxməri inqilab"- dan sonra dövlət agentlikləri və  müəssisələrində  milli Keyfiyyət İnfrastrukturuna aid olan əsas vəzifələrin bəziləri yenidən təyin edildi. PTB İrəvana Metrologiya İnstitutu və İqtisadiyyat Nazirliyinə dəstək vermək məqsədi ilə konsultasiya missiyalarını həyata keçirtmək üçün metrologiya üzrə iki mütəxəssis göndərib.  NİST Metrologiya İnstitutunun keçmiş direktoru cənab Hraç Semercyan mart ayında Ermənistana bir həftəlik səfər etmişdir. Daha sonra may ayında Dr.İren Fluda öz işini Ermənistanın metrologiya institutunun dəstəyi ilə xüsusilə NIM çərçivəsində keyfiyyət idarəetmə sisteminin yaradılmasına xüsusi diqqət yetirərək davam etdirib.

  • Keyfiyyət İnfrastrukturu ilə bağlı Maarifləndirmə Seminarı Aprelin 13-dən 15-dək Cənubi Qafqazın hər üç ölkəsindən olan maraqlı tərəflər Keyfiyyətli İnfrastruktunun ümumi məsələlərini və

bu sahədə şərabçılıq sektoruna aid konkret məsələləri müzakirə etmək üçün Tbilisidə görüşüblər. Digər iştirakçılar arasında Keyfiyyət İnfrastrukturuna aid olan dövlət qurumlarının, Qida Təhlükəsizliyi Agentliklərinin, eləcə də şərab istehsal edən şirkətlərinin nümayəndələri var idi.

     Regionda milli keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi istiqamətində atılan addımlar, Aİ-də qida təhlükəsizliyi sahəsində dəyişikliklər, standart və tələblərin harmonizasiyası, eləcə də ixracla bağlı bir çox digər mövzular qızğın şəkildə müzakirə olunub.

Almaniyada kalibrləmə təlimləri

20-24 may tarixlərində NİM-in üç əməkdaşı balansların və temperaturun kalibrlənməsi üzrə təlim keçib. Təlimin fasilitatoru Volfendə Almaniyanın ZMK & Analytics GmbH şirkəti olmuşdur. Burada tərəfdaşlar faktiki olaraq müştərinin avadanlığının kalibrləmə qaydasını mənimsəyib və öz kalibrləmə xidmətlərini inkişaf etdirmək məqsədi ilə NİM üçün lazım olan aşağıdakı addımlarla bağlı konsultasiya aparılıb.

İyulun 22-dən avqustun 02-dək ZMK tərəfdaşımızın ikisi üçün yenidən səfər edib. Bu dəfə, kütlə və həcm üzrə Geo - STM-in iki  mütəxəssisi Volfendə yerləşən kalibrləmə laboratoriyalarını ziyarət edib və kiçik və böyük həcmli kalibrləmə haqqında daha çox məlumat əldə edib.

Daha sonra PTB layihəsi çərçivəsində GeoSTM-ə kalibrləmə xidmətləri spektrini genişləndirməyə imkan yaradan yeni kütlə komparatorunun satın alınması haqqında qərar qəbul edilib.

Qərar Qəbulu Qaydaları və Risklərin Qiymətləndirilməsi üzrə Təlim

18-20 iyun tarixlərində əsas mütəxəssis Dr. İren Fluda

Qərar Qəbulu Qaydaları və Risklərin Qiymətləndirilməsi üzrə 23 tərəfdaş (Ermənistandan üç, Azərbaycandan iki, Gürcüstandan 18 nəfər) üçün təlim keçmək məqsədi ilə yenidən Tbilisiyə səfər edib.

Praktiki nümunələr, qrup işi və nəzəri biliklərin ötürülməsi ilə yanaşı Dr. Fluda qərarların qəbul edilməsi qaydalarına dair qərarın  verilməsi və hər hansı metrologiya institutunun gündəlik işində risklərin qiymətləndirilməsinin həyata keçirilməsi qaydası haqqında anlayış qazandırıb.

Analitik Elm, Metrologiya və Akkreditasiya üzrə Yay Məktəbi

08-20 iyul tarixlərində NIM-in keyfiyyət üzrə meneceri cənab Qevorq Martoyan Fransanın Lyon şəhərində Analitik Elm, Metrologiya və Akkreditasiya üzrə iki həftəlik yay məktəbində iştirak edib. Yay məktəbi Kimya üzrə  Euromaster Ölçmə Elmi Konsorsiumu tərəfindən təşkil edilib.

Proqrama mühazirələr, laboratoriya dərsləri, elektron kurslar və tapşırıqlar daxil edilib. İştirakçılar laboratoriya dərslərində metodologiyanı işləyib hazırlayıb, nümunələri, laboratoriyalararası nümunələri və keyfiyyətə nəzarət nümunələrini qiymətləndirib, sınaqdan keçirib, nəticələri hesablayıb və hesabatları hazırlayıblar.

Azərbaycana konsultasiya məqsədli səfər

Avqustun 5-dən 09-dək "ZMK & Analytics GmbH" şirkətinin nümayəndəsi Dr. Şnel-Verner Bakıda AzMi-ni ziyarət edib. Onun konsultasiya xarakterli səfərinin əsas hədəfi iki günlük təlim keçdiyi ISO 17025 standartının yenidən işlənmiş versiyasının tətbiq edilməsi və eyni zamanda laboratoriyanın yaxşılaşdırılmasıdır.

Növbəti hansıdır?

Gürcüstana konsultasiya məqsədli səfər

Bu ilin oktyabr ayında Dr. Şnel Verner elektrokimyəvi ölçmələri, xüsusilə pH və elektrik keçiriciliyi üçün öz imkanlarını qiymətləndirmək məqsədi ilə GeoSTM-ə səfər edəcək. Bu ölçmələr qida sənayesinə də daxil edilir.

Gürcüstan üçün kütlə komparatoru və konsultasiya

GeoSTM üçün, PTB 60 litrə qədər olan iri həcmləri ölçə bilən bir kütlə komparatorunu satın alır. Bununla bərabər, GeoSTM ölçü aralığını və əlavə olaraq da təklif olunan xidmətləri artıra bilər. Komparator GeoSTM-ə gətirilən kimi "ZMK və Analytics GmbH" - nin əmkdaşı Dr. Breuel yeni komparator ilə işləmək üçün GeoSTM-nin kadr yetişdirmək məqsədi ilə Tbilisiyə səfər edəcək.

  • Metrologiya üçün statistik vasitələr üzrə təlim Oktyabrın 28-dən 30-dək Dr. İren Fluda metrologiya institutlarında ehtiyac olunan statistik vasitələr üzrə Regional Təlim keçirəcək. Təlimin ev sahibi GeoSTM olacaq.

Ermənistan üçün konsultasiya

Metrologiya üçün statistik vasitələr üzrə təlim keçirildikdən sonra NİM-in şəxsi heyətinə Keyfiyyət Nəzarət Sisteminin yaradılmsı üzrə Dr.Fluda tərəfindən individial məsləhətlər almaq və laboratoriya proseduralarını qeyd etmək üçün daha iki gün (oktyabrın 31-dən noyabrın 1-dək) qalmaq dəvət edilir.

Ermənistan üçün konsultasiya

8 noyabr tarixində GeoSTM-in keyfiyyət üzrə meneceri xanım Natalya Sidamonidze Dr. İren Fluda ilə birlikdə GeoSTM-in Keyfiyyət İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzrə çalışacaqlar.

Ermənistan üçün konsultasiya

Dekabr ayında metrologiya institutu ilə konsultasiya aparmaq üçün PTB mütəxəssisinin Yerevana göndərilməsi planlaşdırılır.

İxrac Keyfiyyətinin İdarə edilməsi üzrə Seminar

Dekabrın 10-11-də şərab sektorunda biznesə dəstək təşkilatları üçün nəzərdə tutulan təlim keçiriləcək. Təlim şərab sektorundakı palataları, assosiasiyaları və şərabçılıq sektorunun fondlarını öz üzvləri üçün onların məhsulunun ixracı üçün lazım olan məlumatlarla təmin edəcək.

İdarə Komitəsinin 2019-cu il İclası

Dekabrın 12-də Tbilisidə İdarə Komitəsinin İclası keçiriləcəkdir. Burada ötən ilin hadisələri və  layihənin sonrakı müddəti üçün tədbirlər müzakirə olunacaqdır. Həmin iclasın dekabrın 13-də daxili audit məsələləri üzrə keçiriləcək təlim ilə birləşdirilməsi nəzərdə tutulur.

Oxuduğunuz üçün təşəkkür edirik! Daha ətraflı məlumat üçün bizə müraciət edin.