Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    

KOOMET TK 4   “Məlumat və Təlim” Texniki Komitəsinin növbəti 16-cı iclası

Image
KOOMET TK 4 “Məlumat və Təlim” Texniki Komitəsinin növbəti 16-cı iclası Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə 2-3 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilir. İclasda Azərbaycan Metrologiya İnstitutun əməkdaşları ilə yanaşı, 8 ölkəni təmsil edən nümayəndələri iştirak edəcəklər.

İclasın Azərbaycanda keçirilməsi qərarı Azərbaycan Metrologiya İnstitutunun Baş direktoru cənab Saleh Səmədovun KOOMET Regional Metrologiya Təşkilatının rəhbərliyi ilə apardığı danışıqlardan və onun səyləri nəticəsi sonrası verilmişdir. Cənab Saleh Səmədov belə mötəbər bir tədbirin Bakı şəhərində keçirilməsinin əsas memarıdır.

İclasda "Metrologiya İnstitutu" Milli Elmi Mərkəzinin Baş direktoru prof Pavel Neejmakov KOOMET TK 4 Texniki Komitəsinin sədridə iştirak edəcək.

İclasda TK 4 15-ci iclasının protokolları təsdiqlənəcək.
KOOMET TK 4 Texniki Komitəsinin 2018- 2019-cu ildəki fəaliyyətinə dair hesabat dinləniləcəkdir

KOOMET Prezidenti Şurasının 23-cü iclasının və COOMET Komitəsinin 29-cu iclasının nəticələri haqqında məlumat veriləcəkdir

2018-2020-ci illər üçün TK 4 İş Proqramının icrası və yenilənməsi prespektivləri müzakirə olunacaqdır

KOOMET Sənədi D5.13 / 2012 "COOMET Texniki Komitəsi" Məlumat və Təlim "(TK 4) haqqında Yenilənmiş versiyasının müzakirəsi" həyata keçiriləcəkdir

KOOMET-ə üzv ölkələrdə metrologiya mütəxəssislərinin praktiki hazırlığı və ixtisasartırma təhsili sahəsində təcrübə mübadiləsi üzrə KOOMET üzv ölkələrin təqdimatları izlənəcəkdir.

KOOMET layihələrinin icrası məsələləri gündəmdə olacaqdır.

KOOMET alt komitəsi 4.1 "Təlim və bilik ötürmə sahəsində potensialın artırılması" mözsusunda prezentasiya dinləniləcək, SC 4.3 "İxtisasartırma və gənc metroloqlarla iş" mövzusuna nəzər yetirəcəkdir.