Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Image

                KİV nümayəndələri üçün media-tur təşkil edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) publik hüquqi şəxsin laboratoriyasına media-tur təşkil olunub. KİV nümayəndələrinə laboratoriyalar haqqında ətraflı məlumat verilib.  

KİV nümayəndələri  öncə AzMİ-nin Kalibrləmə laboratoriyası ilə tanış olublar. Məlumat verilib ki, İnstitutun əsas fəaliyyət istiqamətləri dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması, saxlanılması və ötürülməsinin təmin edilməsidir. Qeyd olunub ki, laboratoriyada 40-dan çox dövlət kəmiyyət vahidi etalonları saxlanılır. Bu etalonlar temperatur, kütlə, elektrik, vaxt və tezlik, təzyiq, ionlaşdirici şüalanma, sixliq və özlülük kəmiyyətləri dövlət etalonları laboratoriyalarında tətbiq olunurlar. Bildirilib ki, cari il ərzində AzMİ tərəfindən 3217 təsərrüfat subyektinə xidmət göstərilib. 1.652.000-dən çox ölçmə vasitələri və sınaq avadanlıqları yoxlanılıb, 528 ədəd dövlət kəmiyyət və kəmiyyət vahidləri etalonları kalibrlənib, daxil olan müraciətlər əsasında 223 ölçmə vasitəsinin tipi təsdiq olunaraq dövlət reyestrində qeydiyyata alınıb, 43 nəfər ixtisasartırma kurslarını bitirərək müvafiq sertifikatlarla təmin olunublar. Qeyd olunub ki, AzMİ Ölçülər və Çəkilər üzrə Baş Konfrasına (CİPM) assosativ üzv və Beynəlxalq Qanunverici Metrologiya Təşkilatına (OIML) müxbir üzv qismində Azərbaycanı beynəlxalq qurumlarda təmsil edir. Hazırda Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (KOOMET) həqiqi üzvüdür. Bu əməkdaşlığın nəticəsində AzMİ-yə İSO/IEC 17025 beynəlxalq standartın tələblərinə uyğuluğunu təsdiq edən QSF-R53 nömrəli “Tanınma haqqında  şəhadətnamə” verilib.

 

Sonda KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Image
Image
Image