Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi və “Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu” arasında anlaşma memorandumu imzanlanmışdır.

“Azərbaycan Metrologiya İnstitutu” PHŞ (AzMİ) və Qazaxıstan Standartlaşdırma və Metrologiya İnstitutu (KazStandart) arasında 07 iyun 2022-ci il tarixində görüş keçirilmişdir. Görüşdə tərəflər arasında anlaşma memorandumu imzalanmışdır.

Anlaşma memorandumunun imzalanmasında məqsəd ümumilikdə keyfiyyət infrastrukturu çərçivəsində mövcud işlərin və fəaliyyətlərin təşkili, təkmilləşdirilməsi və yaxşılaşdırılması, fiziki kəmiyyətlərin milli (dövlət) etalonlarının inkişafı, ölkədə istehsal olunan məhsul və xidmətlərin keyfiyyətinin gücləndirilməsi, ölçmə vasitələrin tipinin təsdiq edilməsi məqsədi ilə sınaq nəticələrinin qarşılıqlı tanınması, həmçinin bu sahələrdə ehtiyac ola biləcək digər istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın qurulması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.

Image
Image
Image