Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    

İqtisadiyyat Nazirliyi yanında Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsinin dövlət etalon laboratoriyalarına ekskursiya təşkil olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində fərqlənən tələbələrin etalon labaratoriyalarına ekskursiyasını təşkil edilib. BAMF prezidenti Umud Mirzəyev tələbələrə ekskursiya üçün nəyə görə məhz bu idarəni seçdiklərini, eyni zamanda təhsil lahiyəsinin icrasının əhəmiyyətindən danışıb.

Daha sonra tələbələr və BAMF-ın nümayəndə heyəti İnstitutun “Sıxlıq və özlülük dövlət etalonları”, “Sıxlıq kəmiyyət vahidinin dövlət etalonu”, “Fiziki-kimyəvi və optiki-fizika ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi”, “Elektrik və radiotexniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi”, “Temperatur ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi”, “Vaxt və tezlik dövlət  etalonları”,  “Kütlə dövlət etalonları”, “Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında (AEBA) ilə Texniki Əməkdaşlıq çərçivəsində yaradılmış etolon dozimetrik” labaratoriyalanda olublar. Etalon labaratoriyalarında ekskursiya iştirakçılarına ətraflı məlumat verilib. 

Image
Image
Image