Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Image

                Bu gün 27 sentyabr - Anım Günüdür.

Bu gün 27 sentyabr - Anım Günü münasibətilə Azərbaycan Metrologiya İnstitutunun, Azərbaycan Standartlaşdırma İnstitutunun və Azərbaycan Akkreditasiya Mərkəzinin, əməkdaşları Vətən müharibəsi qəhrəmanlarınının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tədbir zamanı müharibə boyunca ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki şəxslərin, bütövlükdə xalqımızın əzm və iradəsindən, birlik və həmrəylik nümayiş etdirməsindən söz açılıb, ölkə başçısının yürütdüyü siyasətin nəticəsində tarixi ədalətin bərpa edildiyi vurğulanıb. Döyüşlərdə qəhrəmancasına vuruşmuş, ölkəmizin suverenliyi yolunda canlarını fəda etmiş bütün şəhidlərimizi dərin ehtiram hissi ilə anır, yaxınlarına səbr diləyirik.

 

Image
Image
Image