Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    

Sıxlıq və mayenin kinematik özlülüyü üzrə ölçmə imkanlarımız beynəlxalq səviyyədə təsdiqlənib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xİdmətinin tabeliyindəki "Azərbaycan Metrologiya İnstitutu" (AzMİ) sıxlıq və mayenin kinematik özlülüyü (mayenin tərkibinə görə axın müddətini təyin edir) ölçmə imkanlarını "Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro"da (Bureau International des Poids et Mesures, BIPM) təsdiqlədib. Hazırda beynəlxalq büronun tanıdığı bu ölçmə imkanları vasitəsilə metroloqlar ölkənin aparıcı istiqamətlərindən olan neft sənayesi, yanacaqdoldurma məntəqələri, tikinti materialları və digər maye tərkibli istehlak məhsulları üzrə dəqiq ekspertiza apara bilirlər. Bu da səmərəliliyin artırılmasına, istehsalçı və istehlakçı arasında qarşılıqlı münasibətlərin inkişafına imkan yaradır. Qeyd edək ki, Azərbaycan Metrologiya İnstitutu mütəmadi olaraq ölçmə və kalibrlənmə imkanlarının təsdiqini, beynəlxalq etalon vahidlərinin izlənilməsini və tutuşdurmanı üzv olduğu "Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı" (COOMET) ilə həyata keçirir.