Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq
Agentliyin elektron şəbəkəsinə rəsmi üzv qəbul edilmişdir.
Azərbaycan Metrologiya İnstitutunun mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun verdiyi məlumata görə, Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında (AEBA) Texniki Əməkdaşlıq Çərçivə Proqramına əsasən, AEBA-nın 2009-2012-ci illər üzrə Fəaliyyət Planı üzrə Azərbaycanda “Etalon Dozimetrik Laboratoriyası (Azerbaijan SSDL)” yaradılmışdır (AZB/6005). Bu laboratoriya hazırda “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin balansında yerləşir və “İonlaşdırıcı şüalanma və radioaktivlik ölçmə vasitələrinin kalibrlənməsi və yoxlanması” şöbəsi kimi fəaliyyət göstərir. Laboratoriyanın faəliyyət istiqaməti respublikada mövcud olan ionlaşdırıcı şualanma ölçmə vasitələrinin (dozimetrlər, radiometrlər, rentgen diapazonunda işləyən dozimetrik cihazlar və s.) kalibrləməsindən və yoxlanmasından ibarətdir.
Ə.Bağırov əməkdaşımızla söhbətində daha sonra bildirmişdir ki, AEBA-nın və Dünya Sağlamlıq Təşkilatının (IAEA/WHO) tələblərinə görə, AEBA-nın üzvü olan ölkələrdə AEBA dəstəyi ilə yaradılmış bütün bu tip laboratoriyaların iş fəaliyyətlərinin daha geniş şəkildə əks etdirilməsi və dünya ölkələri arasında mövcud olan SSDL laboratoriyalarının qarşılıqlı əlaqələrinin yaradılması məqsədilə AEBA-nın IAEA/WHO SSDL Network Charter” üzvlük elektron şəbəkəsinə qoşulması günün tələbidir.
Ə.Bağırov demişdir: “AEBA tərəfindən dünən aldığımız məlumata görə, “Azərbaycan SSDL”i (Etalon Dozimetrik Laboratoriyası) artıq “IAEA/WHO SSDL Network Charter” elektron şəbəkəsinə rəsmi üzv qəbul edilmiş və bu barədə AEBA-nın Dozimetrik laboratoriyası tərəfindən dərc olunan illik “SSDL Newsletter” kataloqunun növbəti 69 saylı, aprel 2019-cu il tarixli (İSSN 1001 2669) sayında məlumat verilmişdir.”
(https://www.iaea.org/publications/13549/ssdl-newsletter-issue-no-69-april-2019)
-Bundan sonra dərc olunacaq kataloqun növbəti sayında Azərbaycan SSDL-nin iş fəaliyyəti haqqında geniş məlumat veriləcəkdir,-deyə sonda Azərbaycan Metrologiya İnstitutunun rəsmi sözçüsü bildirmişdir.