Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    

Ümumdünya Metrologiya Günü
- 20 May - 

“Dünya Metrologiya Günü 2019” üçün mövzu “Beynəlxalq Vahidlər Sistemi – Əvvəlkindən daha yaxşı” mövzusudur. Bu mövzunun seçilmə səbəbi, 16 noyabr, 2018-ci ildə Çəkilər və Ölçülər üzrə Baş Konfransın Beynəlxalq Vahidlər Sisteminə (SI) sistemin qurulduğu tarixdən bəri demək olar ki, ən böyük düzəlişlərdən birinin edilməsi haqqında qərar qəbul etməsi ilə bağlıdır. 20 May, 2019-cu ildə qüvvəyə minən dəyişikliyin əsasını kvant fenomeninin istifadə edildiyi yeni ölçmə metodları ilə bağlı aparılmış araşdırmaların nəticələri təşkil edir. İndi, SI fizika qanunları ilə izah olunan terminlər toplusuna əsaslanır və gələcək istifadəçilərin tələblərinə cavab vermək üçün ölçmə elmi və texnologiyasında yeni imkanlara sahibdir.

Həqiqətən, daha geniş metrologiya, ölçmə elmi, innovasiya və elmi kəşflər sahəsində, sənaye istehsalında və beynəlxalq ticarətdə, həyat keyfiyyətinin yüksəldilməsində və qlobal mühitin qorunmasında mühüm rol oynayır.

Dünya Metrologiya Günü 1875-ci il, may ayının 20-də Metrik Konvensiyanın imzalanmasının ildönümündə 17-dən çox ölkəin nümayəndəsi tərəfindən qeyd olunur. Konvensiya ölçmə elmi və sənaye, kommersiya və sosial proqramlar üzrə qlobal əməkdaşlığın əhatə dairəsini müəyyən etmişdir. Metrik Konvensiyasının əsas məqsədi - dünya miqyaslı ölçü vahidlərinin uyğunluğu - 1875-ci ildə olduğu kimi, bugün də əhəmiyyətlidir.

Dünya Metrologiya Günü layihəsi BIPMOIMLtərəfindən birgə həyata keçirilir. Ümid edirik ki, siz bu saytdan məmnun qalacaq, Ölkə və ya Metrologiya Təşkilatınız bizə qoşulacaq və siz də bu ilki tədbirdə iştirak edəcəksiniz.