Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
ELEKTRON MÜRACİƏT
ÖLÇMƏ VASİTƏLƏRİNİN YOXLANILMASI, KALİBRLƏNMƏSİ VƏ DİGƏR METROLOJİ XİDMƏTLƏR
Hörmətli istifadəçi!

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında " Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununa uyğun olaraq ölçmələrin vəhdətini təmin edən dövlət tənzimlənməsi sahəsində istifadə üçün nəzərdə tutulmuş bütün ölçmə vasitələri yoxlanılmalıdır.

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs, milli akkreditasiya qurumunun Sərəncamına uyğun olaraq ölçmələrin vəhdətinin təmin edilməsi sahəsində milli akkreditasiya sisteminin 06 noyabr 2020-ci il tarixli AZ 09.0485.01.20 nömrəli attestatına malikdir, bu sayədə Müştərilərimiz ölçmə vasitələrinin ilkin və dövri yoxlamanın ixtisaslı metroloqlar tərəfindən həyata keçirilməsi üçün sifariş etmək imkanına malikdirlər.

Azərbaycan Metrologiya İnstitutu tərəfindən hüquqi və fiziki şəxslərə metroloji xidmətlərin göstərilməsi üçün müraciətlərin qəbulu sifariş blankın və cədvəlin formalarını dolduraraq İnstitutun rəsmi elektron poçtu vasitəsilə (info@metrology.gov.az) və ya birabaşa İnstituta təqdim edilməklə aparılır.
(sifariş blankın və cədvəlin formaların aşağıdan yükləyə bilərsiniz)

Müraciət edən şəxs sifariş blankında və cədvəldə olan bütün bəndləri tam və dəqiq şəkildə doldurulmalıdır.
(sifariş blankın və cədvəlin doldurulma nümunəsini aşağıdan yükləyə bilərsiniz)

Metroloji xidmətlərin göstərilməsi ilə bağlı müraciət Azərbaycan Metrologiya İnstitutuna daxil olduğu gün qeydiyyata alınır.
(elektron poçt vasitəsilə müraciət edən şəxsin müraciəti daxil olduqdan sonra bizim mütəxəssislər qısa zaman ərzində Sizinlə əlaqə saxlıyacaqlar)

Müraciətlə bağlı hər hansı sualınız yaranarsa bizimlə əlaqə saxlayın. (Tel. +994 12 514 96 05/06)

Sifariş blankı və cədvəl
Image
Sifariş blankı və cədvəl 
(doldurulma nümunəsi)
Image