Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Image
Missiyamız
Bizim məqsədimiz:
- Dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi və ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikasının (metodlarının) attestasiyası və tətbiqi qaydasını müəyyən etmək, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısını, həmin ölçmələrə dair məcburi metroloji tələbləri, o cümlədən dəqiqlik göstəricilərini müəyyən etmək.
- Dövlət etalonları bazasını formalaşdırmaq və inkişaf etdirmək;
- Milli etalon bazasını təkmilləşdirmək və inkişaf etdirmək;
- Fəaliyyətlə bağlı daxil olan müraciətləri cavablandırmaq, vətəndaşların qəbulunu həyata keçirmək və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

Faydalılıq:
- Bizim fəaliyyətimiz insan həyatının və sağlamlığının qorunmasında, ətraf mühitin, bitki və heyvanlar aləminin mühafizəsi, dövlətin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yerinə yetirilən ölçmələrin obyektiv, etibarlı və müqayisə edilən nəticələrinin alınmasında cəmiyyətin və dövlətin tələbatını təmin etmək və ölçmələrin qeyri-dəqiq nəticələrinin mənfi təsirinin qarşısını almaqdır.

Peşəkarlıq
- İnstitutun mütəxəssisləri dərin biliyə malik, yüksək ixtisaslı, peşəkar və metrologiya sahəsi üzrə beynəlxalq sertifikatlara malikdirlər. Bütün işçi heyətimiz mütəmadi olaraq yüksək keyfiyyətli işlərin aparılmasını təmin edən qabaqcıl təlim kurslarını keçirlər.