Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    

XİDMƏTLƏR

Ölçmə vasitələrinin yoxlanması

Ətraflı məlumat

Ölçmə vasitələrinin yoxlanması - ölçmə vasitələrinin metroloji tələblərə uyğunluğunun təyin və təsdiq edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusudur;

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə istifadə üçün nəzərdə tutulmuş ölçmə vasitələri istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə ölçmə vasitələrindən istifadə edən şəxslər onları yoxlama dövriliyinə uyğun olaraq yoxlamaya təqdim edirlər.

Yoxlamanın nəticəsinə əsasən ölçmə vasitəsi  yararlı sayılırsa, onun üzərinə və ya texniki sənədlərinə yoxlama nişanı vurulur və “Yoxlama haqqında şəhadətnamə” təqdim olunur.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi

Ətraflı məlumat

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi – tipin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərarın qəbulu və tipin təsdiqi haqqında sertifikatın verilməsi.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən, onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir.

Ölçmə vasitələrinin tipinin təsdiqinin tanınması

Ətraflı məlumat

MDB dövlətlər arasında ölçmə vasitələrinin tipinin təsdiqinin tanınması ПМГ 06-2001 “Ölçmə vasitələrinin sınaqlarının və tipinin təsdiqinin, ilkin yoxlamanın, metroloji attestasiyasının nəticələrinin tanınması qaydası” Dövlətlərarası Qayda əsasında həyata keçirilir və ölçmə vasitələrinin tipin tanınması haqqında sertifikat verilir.

Xarici ölkənin müvafiq dövlət qurumu ilə imzalanmış qarşılıqlı tanınma haqqında sazişə uyğun olaraq xarici dövlətin qurumu və ya istehsalçının müraciəti əsasında ölçmə vasitələrinin tipinin təsdiqi məqsədilə keçirilmiş sınaqların nəticələrinin tanınması həyata keçirilir.

Ölçmə vasitələrinin kalibrlənməsi

Ətraflı məlumat

Ölçmə vasitələrinin kalibrlənməsi - ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətlərinin təyin edilməsi məqsədi ilə yerinə yetirilən əməliyyatların məcmusu;

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə tətbiq edilmək üçün nəzərdə tutulmayan ölçmə vasitələrinin kalibrlənməsi könüllüdür. Ölçmə vasitələri dövlət ilkin kəmiyyət vahidi etalonları ilə izlənilən, bunlar olmadıqda isə xarici dövlətlərin kəmiyyət vahidi etalonları ilə izlənilən kəmiyyət vahidi etalonlarından istifadə edilməklə kalibrlənir.

Kalibrlənmənin nəticəsində ölçmə vasitəsinə kalibrləmə sertifikatı verilir.

Sınaq avadanlıqların metroloji attestasiyası

Ətraflı məlumat

Metroloji attestasiya, ölçmə (sınaq) vasitələrinin, onların metroloji xassələrinin diqqətlə tədqiq edilməsi əsasında istifadə üçün (onların metroloji təyinatlarını və metroloji xarakteristikalarını göstərməklə) yararlı olmalarının tanınmasının qanuniləşdirilməsidir.

Sınaq avadanlıqların metroloji attestasiyası nəticəsində - attestat verilir.

Metroloji ekspertiza

Ətraflı məlumat

Metroloji ekspertiza – metroloji tələblərin müəyyənləşdirilməsinin və onlara riayət olunmasının təhlili və qiymətləndirilməsi.

Normativ hüquqi aktların layihələrində ölçmələrə, standart nümunələrə və ölçmə vasitələrinə dair tələblərin metroloji ekspertizası “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq keçirilir.

Ölçmə və yoxlama metodikalarının (metodlarının) attestasiyası

Ətraflı məlumat

Ölçmə və yoxlama metodikalarının (metodlarının) attestasiyası – ölçmə metodikalarının (metodlarının) ölçmələrə dair metroloji tələblərə uyğunluğunun qiymətləndirilməsi və təsdiq edilməsi.

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə və yoxlama metodikalarının (metodlarının) attestasiyası həmin ölçmə vasitələrinin tipinin təsdiqi prosesində, onların məcburi metroloji tələblərə uyğunluğunun müəyyən edilməsi yolu ilə həyata keçirilir. Digər hallarda ölçmə və yoxlama metodikalarının (metodlarının) metroloji tələblərə uyğunluğu onların attestasiyası yolu ilə təsdiq edilir.

Təsdiqedici sənədin verilməsi

Ətraflı məlumat

Təsdiqedici sənədin verilməsi- xüsusi razılıq tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsi zamanı məhsul istehsalı və saxlanılması, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üçün tətbiq olunan (olunacaq) avadanlıqların, texnoloji xətlərin (proseslərin) və ölçmə vasitələrinin texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu barədə təsdiqedici sənədin verilməsidir.

İnstitut tərəfindən xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsi üçün istifadəsi nəzərdə tutulan avadanlığın, çənlərin (qabların) dövlət standartlarının tələblərinə uyğun olmasını, ölçmə və sınaq vasitələrinin yoxlamadan keçirilməsini (yeni vasitələrin tipinin təsdiq olunması və dövlət reyestrinə daxil edilməsi də nəzərə alınmaqla), sınaq laboratoriyalarının akkreditasiya olunmasını (tələb olunan xüsusi hallarda) əks etdirən təsdiqedici sənədin verilməsi prosedurunu əhatə edir.

İxtisasartırma kursları

Ətraflı məlumat

“Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxs ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların mütəxəssisləri üçün metrologiya sahəsi üzrə kadrların peşə səviyyəsinin artırılması, yeni peşə hazırlığı, yeni biliklərin mənimsənilməsi və tətbiqi ilə bağlı mütamadi olaraq ixtisasartırma kursların həyata keçirir.

Kursları bitirənlərə xüsusi vəsiqə və sertifikat verilir.

İnstitut tərəfindən təşkil olunan ixtisasartırma kursları və təşkili planlaşdırılan təlim mərkəzinin fəaliyyəti istehlakçıların tələblərinə əsaslanan sahibkarlığın inkişafına yardım etməyi hədəfləyir.