Nərimanov ray, E.İsaqzadə qəs, 7-ci köndələn küç


    
Ümumi məlumat

Standart nümunələrin və ya ölçmə vasitələrinin (ÖV) Tipinin Təsdiq edilməsi – tipin təsdiqi məqsədi ilə keçirilən sınaqların nəticələri əsasında, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin metroloji və texniki tələblərə uyğunluğu barədə qərarın qəbulu deməkdir.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi barədə qərar bu məqsədlə keçirilən sınaqların müsbət nəticələri əsasında qəbul edilir. Tip təsdiq edilərkən, onların dəqiqlik göstəriciləri, yoxlamalararası interval və yoxlama metodikası müəyyən edilir. Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi verilən sertifikatla təsdiqlənir.

Tipi təsdiq edilmiş standart nümunələr və ölçmə vasitələri, dövlət reyestrinə daxil edilir. Dövlət reyestrinin qeydiyyatı qanunvericiliyə uyğun qaydada müəyyən edilir.

Sertifikatın müddəti 5 ildir.

 

Standart nümunələrin və ya ölçmə vasitələrinin  Dövlət Reyestri - respublikada istehsal edilmiş və dövlət qəbul sınağından keçirilərək, tipi təsdiq edilmiş, həmçinin xaricdən partiyalarla və ya tək-tək gətirilmiş və təsdiq olunmuş tipə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə metroloji ekspertizadan keçirilərək, respublika ərazisində istifadəsinə icazə verilən standart nümunələrin və ya ölçmə vasitələrinin qeydiyyatını aparmaq üçün nəzərdə tutulmuşdur.
Tipi təsdiq olunmuş standart nümunələrin və ya ölçmə vasitələri haqqında məlumat mərkəzləşdirilmiş məlumat fonduna daxil edilir, həmçinin “Azərbaycan Metrologiya İnstitutu” Publik Hüquqi Şəxsinin rəsmi internet səhifəsində yayımlanır.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədi ilə fiziki və hüquqi şəxslər Azərbaycan Metrologiya İnstitutuna ərizə ilə müraciət etməlidirlər. Ərizədə standart nümunənin və ya ölçmə vasitəsinin adı, işarəsi və əsas metroloji xarakteristikaları göstərilməli və ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

Hüquqi və fiziki şəxslər üçün respublikada istehsal edilmiş və ya  xaricdən partiyalarla (və ya tək-tək) gətirilmiş standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi  məqsədilə sınaqların keçirilməsinə dair tələb olunan sənədlərin siyahısı: 

 

  1. Ölçmə vasitələrinin (nümunəsi) nümunələri;
  2. Standart nümunənin və ya ölçmə vasitəsinin istehsalına dair texniki şərt;;
  3. Standart nümunənin və ya ölçmə vasitəsinin pasportu, istismar sənədləri, istehsalçı müəssisənin sənədlər dəsti;
  4. Standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsviri;
  5. Standart nümunənin və ölçmə vasitəsinin yoxlama metodikası;

 

Qeyd: Sənədlər Azərbaycan dilində olmadıqda,  tərcümə edilmiş vəziyyətdə təqdim olmalıdır.

 

Xarici ölkənin dövlət qurumu və ya istehsalçısı tərəfindən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqinin tanınması məqsədilə tələb olunan sənədlərin siyahısı:

(ПМГ  06-2001 "Tipin təsdiqi və sınaqların, yoxlama, ölçmə vasitələrinin  metroloji attestasiyasının nəticələrinin tanınması qaydaları")


  1. İstehsalçı və ya digər xarici ölkənin dövlət qurumu tərəfindən verilən, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi haqqında sertifikatın surəti;
  2. Tipin təsviri;
  3. İstismar təlimatı;
  4. Pasport;
  5. Yoxlama metodikası;
  6. Aparılmış sınaqların nəticələri barədə aktın surəti;
  7. Sınaq aparan laboratoriyanın akkreditasiya attestatının surəti;